
“Deep Silver” şirkəti, 4A Games studiyası tərəfindən hazırlanan yeni Metro Exodus oyunu haqqında ilk məlumatları paylaşıb.
Yeni oyunda oyunçular əvvəlki hissələrdə də olduğu kimi baş personaj Artyom-un rolunda çıxış edəcəklər. Bu dəfə Artyom yeni təhlükə ilə üz-üzə gələcək və o, insanlar üçün radiasiyanın olmadığı yaşayış yerlərini tapmalı olacaq. Bunun üçün o, Avrora adlı qatar vasitəsilə səyahət edən digər insanlara qoşulacaq.
- Oyun artıq 3 ildir ki, aktiv şəkildə hazırlanır
- Oyunun süjet xətti yazıçı Dmitriy Qluxovski-nin “Metro 2033” və “Metro 2035” romanlarına əsaslanacaq
- Yeni oyunun süjet xətti Moskvada, Metro Last Light oyununun müsbət finalı olduğu yerdən start götürəcək
- Oyun zamanı oyunçular Rusiya Federasiyasının bir sıra postapokaliptik şəhərlərində olacaq və müxtəlif yerləri müşahidə edə biləcəklər
- Metro Exodus oyunu, open-world mexanikaya sahib olacaq. Oyunçunun iştirak edəcəyi hər bir şəhər və ərazi müşahidə üçün açıq şəkildə əks olunacaq. Böyük ərazilər arasındakı səyahət isə sözügedən Avrora qatarı vasitəsilə reallaşdırılacaq
- Yeni oyuna həmçinin yeraltı ərazilər də qayıdacaq
- Bundan əlavə olaraq oyunda dinamik hava və gecə-gündüz dəyişkənliyi olacaq
- Metro Exodus-un hekayəsi 1 illik zaman intervalını əhatə edəcək. Oyun zamanı müəyyən anda ilin fəsilləri dəyişməyə başlayacaq. Hadisələr yaz fəslində başlayıb, qış fəslində sona çatacaq
- Stealth mexanikası oyuna geri qayıdacaq və daha da təkmilləşdiriləcək
- Oyunda yeni növ mutantlar olacaq. Ümumiyyətlə hər bir ərazi özünəməxsus flora və faunaya sahib olacaq
- Metro Exodus-da silah növləri artırılacaq. Bundan əlavə olaraq crafting sistemi də olacaq. Bunun sayəsində oyunçular nəinki öz silahlarını təkmilləşdirə, həmdə yeni silahlar yarada biləcəklər
- Oyunçunun qəbul edəcəyi qərarlar bir başa oyunun süjet xəttinə öz təsirini göstərəcək
- Artyom-un dostları həlak olduqda, bu da oyunun süjet xəttinə və onun finalına təsir edəcək.
Metro Exodus, 2018-ci ildə PC, PS4
və Xbox One üçün satışa çıxacaq.
Şərh yoxdur