'Microsoft'un E3 2017 konfransı. Yeni Xbox One X, Metro, Assassin's Creed və s. oyunlar (VİDEO)

'Microsoft'un E3 2017 konfransı. Yeni Xbox One X, Metro, Assassin's Creed və s. oyunlar (VİDEO)

Oyun və Film
12.06.2017 PAYLAŞIM

Gecə saatlarında “Microsoft” şirkəti, E3 2017 oyun sərgisi çərçivəsində özünün press-konfransını keçirtdi. Keçirilmiş konfransda şirkət sonunda Project Scorpio kod adı ilə tanınan Xbox One X konsolunu təqdim etdi. Qeyd etmək lazımdır ki, bu konsol, ənənəvi Xbox One-dan bir qədər daha güclü olacaq və 4K keyfiyyətli görüntünü təqdim edəcək. Bütün konfrans məhz bunun üzərində qurulmuşdu və şirkət yeni konsolun hansı qrafik özəllikləri təqdim edə biləcəyini nümayiş etdirdi. Bunun üzərindən bir çox maraqlı oyunlar da təqdim olundu. İndi isə gəlin Xbox One X konsolu haqqında məlumatlar ilə yanaşı ən maraqlı oyunlar haqqında məlumatları da sizlərə təqdim edək.

Xbox One X:

“Microsoftsonunda Xbox One X konsolunu öz press-konfransında təqdim etdi. Dizayn cəhətdən yeni konsol, Xbox One-dan çox da fərqlənməsə də, Xbox One X indiyənə kimi çıxarılmış Xbox seriyası tarixində ən balacasıdır. Xbox One X, 6 teraflopsluq gücə və 12 GB GDDR5 RAM-a sahibdir. Mühəndislər yeni konsolda təmiz 4K və HDR görüntünün əks olunacağına zəmanət verirlər. Bundan əlavə olaraq Xbox One-dan olan bütün aksessuarlar və oyunlar həmçinin Xbox One X-də də çalışacaq. Xbox One X bu ilin Noyabr ayında satışa çıxacaq və onun qiyməti 499$ təşkil edəcək.

Metro Exodus:

“Microsoft”un konfransı çərçivəsində əsl sürpriz baş verdi. Belə ki, heç kimin gözləmədiyi halda 4A Games studiyası, məşhur Metro oyun seriyasının yeni hissəsi olan Metro Exodus oyununu anons etdi. Metro Exodus da əvvəlki hissələr kimi məşhur yazıçı Dmitriy Qluxovski-nin “Metro 2033” və “Metro 2035” romanlarından ilhamlanaraq hazırlanır. Görünür bu dəfə hadisələr məhz Moskva şəhərində cərəyan etməyəcək. Belə ki, təqdim olunmuş gameplay videoda oyunun baş qəhrəmanının baxdığı xəritədə Volqa çayının bir hissəsi aydın şəkildə görünür. Bundan əlavə olaraq təqdim olunmuş videodan belə qənaətə gəlmək olar ki, yeni oyunda hadisələr daha iri ərazilərdə cərəyan edəcək. Metro Exodus oyunu 2018-ci ildə PC, PS4, Xbox One və Xbox One X konsolları üçün satışa çıxacaq.

Assassin’s Creed Origins:

Daha bir sürpriz isə ondan ibarət idi ki, “Ubisoft”, “Microsoft”un press-konfransında yeni Assassin’s Creed Origins oyununun təqdimatını keçirtdi. Belə ki, sözügedən oyunun məhz “Ubisoft”un press-konfransında təqdim olunacağı gözlənilirdi. Təqdim olunmuş gameplay videosu daha əvvəlki bütün şaiyələri təsdiqlədi. Assassin’s Creed Origins oyunu bu ilin Oktyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

Life is Strange: Before the Storm:

Əgər siz düşünürsünüz ki, hamımıza Life is Strange oyunundan tanış olan Max və Chloe personajlarının hekayəsi oyunun birinci sezonunda bitib, onda səhv edirsiniz. Belə ki, Square Enixşirkəti, sözügedən konfrans zamanı Life is Strange: Before the Storm oyununu anons etdi. Çox güman ki, bu oyun, birinci sezonun davamı olmayacaq. Belə ki, yeni oyunun adından da bilmək olar ki, hadisələr bu dəfə birinci oyundan daha əvvəl cərəyan edəcək. Oyunun birinci epizodu isə 31 Avqust tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

Forza Motorsport 7:

Şirkət öz press-konfransı çərçivəsində məşhur avtomobil yarışı olan Forza Motorsport 7 oyununu da anons etdi. Bu dəfəki oyunda 700 avtomobil olacaq. Onların arasında ilk dəfə konfransın səhnəsində təqdim olunmuş Porsche 911 GT2 modeli də olacaq. Yeni oyun, Xbox One X konsolunda 60 fps-li 4K keyfiyyətində çalışacaq. Forza Motorsport 7, bu ilin Oktyabr ayında Windows 10, Xbox One üçün və daha sonra isə Xbox One X konsolu üçün satışa çıxacaq.

Ori and the Will of the Wisps:

Öz konfransında “Microsoft” şirkəti, möhtəşəm Ori and the Blind Forest oyununun davamı olan Ori and the Will of the Wisps-i anons etdi. Qeyd etmək lazımdır ki, bu oyun eksklüziv olaraq Xbox One və Windows 10 üçün hazırlanır. Təəssüflər olsun ki, oyunun ilk trailerindən başqa heç bir məlumat təqdim olunmadı.

Anthem:

“Microsoft” öz press-konfransını, Anthem oyunu ilə yekunlaşdırdı. Bir neçə gün bundan öncə BioWare studiyası bu oyunun ilk teaser trailerini EA Play konfransında təqdim etmişdi. Lakin “Microsoft”un konfransında oyunun böyük gameplay videosu təqdim olundu. Gözlənildiyi kimi tps (third person shooter) dəbli yeni oyun çox yaxşı qrafikaya və üz animasiyasına sahibdir. Bu dəfə BioWare studiyası özünü yaxşı tərəfdən göstərdi və görünür Mass Effect Andromeda oyununun uğursuzluğundan dərs çıxara bildi. Bundan əlavə olaraq oyunçular yerni oyunu bir növ Destiny-ə bənzədirlər. Anthem oyununun bu il Xbox One X ilə bir yerdə çıxacağı gözlənilir.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..


'Avengers 4' öncəsi qarşıdurma: 'Captain Marvel' filminin ilk traileri yayımland..

Günlərin birində adi hərbi pilot vəzifəsində çalışan Carol Danvers-in DNT-ləri yadplanetli sivilizas..