main-post-cover

    Mobil oyunları kompüterdə Memu Player vasitəsilə necə oynamaq olar ?

    Digər
    Oyun və Film
    07.04.2018
    Nijat Hamid
    Artıq mobil cihazlar gücləndiyi üçün mobil oyun bazarında da oyunlar təkminləşir və yüksək qrafika ayarlarında hazırlanır. Bir çox istifadəçinin telefonu ya zəif parametrli olduğu üçün bu oyunları açmır və ya donur, ya da kiçik ekranda oyun oynamağı sevmirlər. Bu halda köməyimizə Memu Player adındakı proqram çatır. Technote olaraq bu proqramın istifadəsini və performans artışlarının əldə edilməsini sizlər üçün məqalə olaraq hazırladıq.
    • Qeyd 1: Bluestack, Noxx Player və s. kimi alternativlərindən ən böyük fərqi odur ki, daha stabil olaraq qurulur və daha az problemi olur. Hamısını istifadə etdik və seçimimiz Memu Player oldu.
    • Qeyd 2: Oyunlarda tam performans əldə etmək üçün kompüterinizin Bios ayarlarında "Hardware Virtualization Support" funksiyasını aktiv edin.
    • Qeyd 3: Yüksək qrafikalı mobil oyunları oynamaq üçün güclü kompüterə ehtiyac YOXDUR ! Rahatlıqla bütün oyunları ən yüksək ayarlarda tam ekran olaraq oynaya biləcəksiniz ( PUBG, Asphalt 8, Shadow Fight 3, NFS No Limits, Trials Frontier və s. oyunları məsləhət görürük )
    • Qeyd 4: Digər alternativlərinə görə Memu Player-in həcmi daha azdır.`
    1. Memu Player proqramını bu linkdən yükləyə bilərsiniz. "Download" sözünə klik etməyiniz yetərlidir.          
    Bu proqram bir Android Emulator-dur. Yəni kompüterinizdə virtual bir android sistemi qurur və oyunları/tətbiqləri bu sistem vasitəsilə işlədir. 
    2. Proqramı kompüterə endirdikdən sonra proqrama daxil olun və kompüterə yükləyin.    
    3. "Launch" sözünə klik edirik və proqram artıq tam hazır olur. Və qarşımıza aşağıdakı ekran çıxır.    
    4. Artıq virtual android sistemimiz hazırdır. Ekranda gördüyünüz Play Store-a daxil olaraq istədiyimiz oyun və tətbiqi yükləyib istifadə edə biləcik.    
    Əlavə performans artışı və qrafik yüksəldilməsi üçün proqramın ayarlarına daxil olun. İstifadə etdiyiniz prosessora uyğun olaraq CPU sayını seçin. Sonra ekran ölçüsünü ən son seçimə gətirin ( Bu halda kompüterə daha çox yük düşəcək). Və əgər hansısa oyunda donma və ya qırılmalar baş verərsə, yenidən ayarlara daxil olun və "Graphics" ayarını OpenGL seçin.
    Linki kopyala