
Need for Speed seriyasının yeni oyunu Need for Speed Payback-in ilk videosu və məlumatları təqdim olundu.
Verilmiş məlumata əsasən yeni oyunda hadisələr Fortune Valley adlı şəhərdə cərəyan edəcək. Siz və sizin komandanız, House adlı kartelə qarşı mübarizə aparacaqsınız. Sözügedən kartel, şəhərdə olan bütün kazino və polisləri idarə edir. Bundan əlavə olaraq oyunda 3 personajın rolunda oynamaq mümkün olacaq. Need for Speed Payback oyunçulara qarət tipli missiyalar və avtomobillər vasitəsilə döyüşlər bəxş edəcək. Need for Speed Payback bu ilin Noyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
Şərh yoxdur