Oyunlarda donmaları və qırılmaları necə azaltmaq olar ? FPS-i artırmağın yolları

Oyunlarda donmaları və qırılmaları necə azaltmaq olar ? FPS-i artırmağın yolları

Oyun və Film
06.04.2018 PAYLAŞIM

Artıq oyunlar hər il davamlı olaraq çıxmağa başlayır. Belə ki, vəd edilən vaxtdan daha qısa zaman ərzində çıxır. Bunun mənfi cəhəti isə odur ki, oyunlar tam şəkildə optimizasiya edilmir. Nəzərə alsaq ki, bir çoxumuz zəif parametrli kompüterlərlə oyun oynayırıq. Bu halda bu rəhbər bizim köməyimizə çatacaq. Oyun ayarlarında edəcəyimiz bu dəyişikliklər oyundakı donmaları azaldacaq, qırılmaları aradan qaldıracaq və daha yaxşı FPS almağımıza yardım edəcək.

1. Display Resolution( Ekran ölçüsü)-ı azaltmaq.    

Bənzər xəbər


Nəzərə alsaq ki, əksəriyyətimiz 15:6 diaqonallı ekrana malik notbuklarda oyun oynayırıq. Bu halda oyunlar kompüterimizdə 1366x768 ayarında açılır. Bu ölçünü aşağı salaraq oyunda performans artımı və FPS artımı əldə etmək olur. Məsləhətimiz: 1280x720 ayarlarında oynamaq.

2. Low(Zəif) və ya Ultra Low(Ən Zəif) qrafik ayarlarında oynamaq.    

Əsasən zəif parametrləri olan kompüterlər üçün ilk növbədə ən aşağı qrafik ayarlarında oyuna giriş etmək lazımdı. Əks halda oyun çox donur və açılmır. Ayrıca Kölgələri(Shadows) və  Bitki örtüyünü ( Grass) bağlamağı unutmayın.

3. Ekranda qırılmalar və titrəmələr olanda V-Sync ayarını aktiv edin və ya Adaptive olaraq seçin.    

Məsələn, Steampunk tərzi ilə sevilən Dishonored 2 oyunun bərbad optimizasiyası var. Oyun oynarkən baş verən bütün qırılma və ekran titrəmələrini V-Sync ayarını aktiv etməklə aradan qaldırmaq olurdu.

4. Duman(Fog), Su(Water) və Bloom(Saç) ayarlarını deaktiv etmək çox faydalı olacaq.    

Bəzi oyunlarda bu parametrlər oyunun ayarlarından bağlansa da, bəzən kompüterinizdə İstifadəçi adı/Document/Oyunun adı/.ini sonluqlu bir faylın içindən bağlamaq mümkündür.

5. Videokart drayverini yeniləmək və Windows 10 Game Mode ilə oyunu oynamaq.    

Digər vacib məsələlərdən biri oyunu oynamazdan əvvəl videokart drayverini rəsmi saytın vasitəsilə yeniləmək lazımdır. Qeyd etməliyik ki, oyunlar Windows 10 ilə daha performanslı işləyir. Ayrıca Windows 10 ilə gələn Game Mode ilə oyunlarda daha çox FPS əldə etmək mümkündür. Digər bir məslətimiz, Blur, Anti-Aliasing kimi ayarları da deaktiv edəsiniz.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


10 yaşı tamam olan əfsanə oyun Point Blank artıq Azərbaycan dilini dəstəkləyir..

10 yaşı tamam olan MMOFPS oyunu Point Blank artıq Azərbaycan dilini də tam dəstək verir.


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..

×