PlayStation 5 nə vaxta gözlənilir?
Digər
Oyun və Film
11.04.2018
Orxan Oguz
PlayStation 4-ün bazara çıxarılmasından bu yana təxminən 5 il keçib. Bu da ''Yeni nəsil konsollar üçün pul yığmağa nə vaxtdan başlamaq lazımdır?'', deyə özünə sual verən həvəskarları həyəcanlandırır. Adları gizli saxlanılan 2 Sony işçisi yeni nəsil oyun konsulunun bu il satışa çıxarılmayacağını iddia etsə də onlar qətiyyətlə bildirirlər ki, hər şey ola bilər. Ötən günlərdə PlayStation Avropa şöbəsinin müdiri Layden ondan alınan müsahibədə PlayStation 5 ilə bağlı olaraq ''Nə vaxtsa çıxacaq'', deyərək qəribə cavab vermişdi.
Yeni konsol nə vaxt çıxacaq, dəqiq deyə bilmərik, amma bu konsolun mütləq real 4K keyfiyyətini dəstəkləməli olduğunu düşünürük. PC həvəskarları rahat sistem quraraq oyunları 4K-da oynaya bilirlər. Bu hal PS4 və digər konsol həvəskarları üçün mümkün deyil. Yeni konsolun 4K keyfiyyətinə sahib olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)