main-post-cover

    Pokemon Go günlük macəralarla yenilənir

    Digər
    Oyun və Film
    27.03.2018
    Orxan Oguz
       Pokemon Go sadə oyun olaraq tanınsa da qısa müddət sonra yayımlanacaq yenilənmə ilə bu sadəlik dəyişəcək. Mövqe əsaslı oyun üçün yayımlanacaq yenilənməni açıqlayan istehsalçı Niantic oyunçuların qarşısına araşdırma adlı yeni konsept çıxaracaq. Bu konsept çərçivəsində oyunçulara həm gündəlik macəralar, həm də hekayə əsaslı missiyalar təqdim olunacaq. Oyunçulara pokestoplar vasitəsilə müxtəlif missiyalar veriləcək. Bu missiyalarda oyunçulardan müəyyən edilmiş pokemonları toplamaq və ya döyüşlərə qatılmaları tələb olunacaq. 
       Sahə araşdırmasında missiyalar günlük olaraq oyunçulara təqdim olunacaq. Onlar bitirdikləri misiyalar çərçivəsində hər gün bir xal qazanacaqlar. 7 xal əldə etdikləri zaman oyunun içində hədiyyələr təqdim olunacaq. Xüsusi araşdırmada isə oyunçular Professor Villovun tələbi əsasında hekayə mövzulu missiyaya başlayacaqlar. Oyunçular hədəflərini gerçəkləşdirdikdə qarşılarına missiya zamanı yeni hədəflər çıxacaq. 
        Xatırladaq ki, Pokemon Go üçün sonuncu böyük yeniləmə keçən ilin dekabr ayında yayımlanmışdı. Niantic sözügedən yeniləmədə oyunu real dünyanın hava şərtləriylə bütövləşdirmişdi. 
    Linki kopyala