main-post-cover

    Pokemon GO oyununun yaradıcıları Harry Potter haqqında oyun hazırlayırlar

    Digər
    Oyun və Film
    09.11.2017
    Emil Nəcəfov
    Harry Potter: Wizards Unite oyunu rəsmi olaraq anons olunub.
    Artırılmış reallıq üzərində qurulan yeni oyun “Warner Bros.” şirkəti ilə Pokemon GO oyununun yaradıcısı Niantic studiyasının birgə səyləri ilə yaradılır. Hələki yeni oyun haqqında o qədər də çox məlumat yoxdur. Lakin biz bilirik ki, sözügedən oyun Pokemon GO-nun bir sıra funksiyalarını özündə birləşdirəcək. Əsasən oyunçular real həyatda müxtəlif yerlərə gedərək oyundakı əşyaları tapacaq və həmin dünya ilə qarşılıqlı əlaqədə olacaqlar. Bu isə sehrli artefaktların axtarışı,

    Harry Potter dünyasının personajları və sehrli canlıları ilə görüşmək və sehrli ovsunları öyrənmək deməkdir. Bütün bu özəlliklərin yeni oyunda necə çalışacağını biz 2018-ci ildə biləcəyik. Oyunun dəqiq çıxış tarixi barəsində məlumat yoxdur. Lakin bir şey aydındır ki, artırılmış reallıq sayəsində bu dünyaya məşhur yazıçı J.K. Rowling-in yaratdığı dünyanın sehri biraz da olsun daxil edəcək. Bu fakt isə “Harry Potter” seriyasının pərəstişkarlarını cəlb etməyə bəs edir.
    Linki kopyala