main-post-cover

    Red Bull Escape Room yarışmasının Azərbaycan üzrə qalibi müəyyən oldu

    21.11.2018
    Farid Pardashunas
        Bir ay davam edən Red Bull Escape Room yarışmasının seçim mərhələsi, 18 noyabr tarixində başa çatdı. Qalibiyyət uğrunda 175 komanda mübarizə aparıb. Amma, ən güclü məntiqli – “Elite” komandasının iştirakçıları oldu: Mustafayev Əliş, Krılov Yunis, Musayev Həsən Vəliyev Riad.
        Komandanın nəticəsi – 6 dəqiqə, 4 saniyə və 693 millisaniyə oldu. İkinci yerdən yeddi saniyə fərqi ilə. Onu da qeyd etmək lazımdır ki, dünya üzrə TOP 10-luqda bu günə olan nəticələr ilə Azərbaycandan altı komanda yer alıb.
    “Keçən il komandam ikinci yerə nail olub. Bu il isə, hazırlıqlara daha çox vaxt sərf edərək qalib olduq.” – “Elite” komandasının kapitanı, Əliş Mustafayev.
        2019-cu il mart ayında Azərbaycan üzrə qaliblər Dünya Finalında ölkəmizi təmsil edəcəklər. 27 ölkədən bir araya gələn ölkə qalibləri, öz zəka və məntiq bacarıqlarını işə tam salaraq birincilik uğrunda mübarizə aparacaqlar. Dünya Çempionatın keçiriləcək yeri hələlik məxfi saxlanılır.
        Red Bull Escape Room Dünya Çempionatı - qlobal tədbirdir, artıq ikinci mövsümü keçirilir və dünyanın ən təcrübəli komandası tərəfindən yeni kvest otağı hazırlanıb. 
        Onlayn və oflayn seçim mərhələlərində iştirak edərək, iştirakçılar dörd nəfərli komanda şəklində yerli seçim mərhələsində multi-pazl sistemli oyunu keçməlidirlər. Hər ölkənin ən güclü komandası Dünya Finalında çıxış edəcək. "Omni's Escpae" adlanan kvest otağı Dr. Skot Nikolson, onun tələbələri tərəfindən və Brentford, Ontarioda yerləşən “Wilfrid Laurier” Universitetin nəznində BGNlab laboratoriyası köməyi ilə yaradılıb və 6 problem həll etmə bacarıqlarını tələb edir: yaradıcılıq, məntiq, vizual düşüncə, musiqiçilik, yaddaş və strategiya.
    İnformasiya tərəfdaşı: Technote.az
    Linki kopyala