Reklam
'Sony'nin E3 2017 konfransı. Yeni God of War, Uncharted, Call of Duty və s. oyunlar (VİDEO)

'Sony'nin E3 2017 konfransı. Yeni God of War, Uncharted, Call of Duty və s. oyunlar (VİDEO)

Oyun və Film
13.06.2017 PAYLAŞIM

Səhər saatlarında “Sony” şirkəti, E3 2017 oyun sərgisi çərçivəsində özünün press-konfransını keçirtdi. Keçən ilki möhtəşəm təqdimatdan fərqli olaraq bu ilki konfrans bir qədər sakit keçdi. Bir çox oyunçuların gözləntilərinə baxmayaraq ehtimal olunan oyunlar təəssüflər olsun ki, təqdim olunmadı. Məsələn, təqdim olunmamış oyunların arasında The Last of Us 2Bloodborne yaradıcılarının yeni oyunu yox idi. Çox güman ki, bu ilki E3 konfransında təqdim olunmamış oyunlar ya PlayStation Eperience tədbirində, yadaki Dekabr ayında keçiriləcək The Game Awards 2017-də göstəriləcək. Bütün bunlara baxmayaraq sözügedən konfrans bəzi sürprizlərsiz də ötüşmədi. İndi isə gəlin sizlərə konfrans çərçivəsində təqdim olunmuş ən maraqlı oyunlar haqqında məlumat verək.

Uncharted The Lost Legacy:


Şirkət, konfransın açılışını məhz Uncharted The Lost Legacy oyunu ilə etdi. Belə ki, oyunun yeni traileri təqdim olundu. İlk baxışdan süjet DLC-si kimi görünən bu oyun əslində tamamilə standart miqyaslı layihə olacaq. Oyunçuları 8-9 saata yaxın gameplay gözləyir. Uncharted The Lost Legacy bu ilin Avqust ayında eksklüziv olaraq PS4 konsolu üçün satışa çıxacaq.

God of War:

Təbii ki, bu konfransı hamının ən çox gözlədiyi oyunlardan biri olan God of War-sız təsəvvür etmək olmazdı. Buna görə də şirkət bu oyunun yeni trailerini təqdim etdi. Bununla yanaşı məlum oldu ki, yeni God of War, 2018-ci ilin əvvəlində eksklüziv olaraq PS4 üçün satışa çıxacaq. Müharibə tanrısının rolunda oynamağa hazır olun. Belə ki, bu dəfə hadisələr qədim Skandinaviya mifologiyasında cərəyan edəcək.


Shadow of the Colossus:

Konfransın ən maraqlı sürprizi isə iuzun illər öncə PS2 üçün satışa çıxmış möhtəşəm Shadow of the Colossus oyununun PS4 versiyasının anonsu oldu. Remaster olunmuş versiya daha yaxşı qrafikaya sahibdir və 4K görüntünü dəstəkləyəcək. Shadow of the Colossus, 2018-ci ildə PS4 üçün satışa çıxacaq. Oyun haqqında ətraflı məlumatlar isə yaxın zamanda təqdim olunacaq.

Call of Duty WW2:

“Sony”nin konfransı çərçivəsində “Activision” şirkəti, yeni Call of Duty WW2 oyununun yeni trailerini təqdim etdi. Oyunçular yenidən İkinci Dünya Müharibəsinə geri qayıdaraq faşistlərə qarşı mübarizə aparacaqlar. Bundan əlavə olaraq yeni oyunda artıq ənənəyə çevrilmiş zombi və multiplayer rejimlər də olacaq. Call of Duty WW2 oyunu bu ilin Noyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

Days Gone:

Keçən ilki E3-də eksklüziv olaraq PS4 üçün anons olunmuş Days Gone adlı zombi oyunun yeni gameplay videosu da bu konfransda təqdim olundu. Gameplay videoya nəzər yetirdikdə görmək olar ki, oyunçuları çox maraqlı, qorxunc və zombilərlə dolu postapokaliptik dünya gözləyir. Days Gone, 2018-ci ildə PS4 üçün satışa çıxacaq.

Spider-Man:

“Sony” öz konfransını, keçən il anons olunmuş Spider-Man oyununun gameplay videosu ilə yekunlaşdırdı. Gameplay videonu izləyən zaman adama elə gəlir ki, bu, son zamanlar Batman haqqında çıxmış oyuna çox bənzəyir. Oyunda olan QTE (Quick Time Events) sistemi ola bilsin ki, bir çoxlarını qıcıqlandırdı. Lakin buna baxmayaraq oyun pis deyil. Spider-Man, 2018-ci ildə PS4 üçün satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Növbəti 'Battlefield' oyunu süjet xəttinə sahib olacaq

“Battlefield” seriyasının növbəti oyunu oyunçulara süjet xətti (singleplayer rejimi) təqdim edəcək...


'The Boys' serialının yaradıcısı Hideo Kojima-dan serial əsasında oyun hazırlama..

Bir neçə gün bundan öncə məşhur yapon game dizayner Hideo Kojima bildirmişdi ki, o, vaxtı ikən “The ..


Yeni 'Need for Speed' barəsində məlumatlar verilib

Yeni “Need for Speed”-in yaradıcıları digər məşhur yarış seriyası olan “Forza Horizon”-dan ilhamlanı..


Hideo Kojima vaxtı ikən 'The Boys' serialı tərzində yeni oyun üzərində çalışırmı..

Məşhur yapon game dizayner Hideo Kojima vaxtı ikən güclü super qəhrəmanlara qarşı mübarizə aparan de..


'God of War: Ragnarok' oyunu barəsində yaxın zamanda yeni məlumatlar təqdim edil..

Son həftələr doğru insayder məlumatları ilə məşhurluq qazanmış Twitter-in The Snitch ləqəbli istifad..


'Ghost of Tsushima 2'?: Sucker Punch studiyası PS5 üçün yeni eksklüziv oyun üzər..

“Infamous” oyun seriyası və “Ghost of Tsushima” oyunu ilə məşhurluq qazanmış Sucker Punch Production..

×