Stallone yenidən həbsxanadan qaçmağa çalışacaq: Escape Plan 2 Hades filminin ilk traileri

15.05.2018 0 PAYLAŞIM 3097 OXUNMA

Ray Breslin təhlükəsizlik üzrə mütəxəssislərdən ibarət elit komandaya sahibdir. Həmin komanda isə dünyanın ən çətin həbsxanalarından qaçış üzrə təlim keçib. Breslin-in etibarlı işçisinin oğurlanaraq kompüterləşdirilmiş, formasını dəyişən və qaçılması demək olar ki, mümkün olmayan həbsxanaya salınmasından sonra Breslin öz köhnə dostları sayəsində həmin həbsxanaya daxil olaraq öz işçisini ordan qurtarmağa çalışacaq. Rejissoru Steven C. Miller-in olduğu filmdə baş rolları Sylvester Stallone, Dave Bautista, Jaime King, 50 Cent və digərləri canlandırıblar. Escape Plan 2: Hades filminin premyerası gələn ay baş tutacaq.