Logo
    main-post-cover

    'Star Wars: The Last Jedi' filminin yeni traileri

    Oyun və Film
    10.10.2017
    Emil
    Xeyir və şər qüvvələrin qarşıdurması davam edir. Qalaktikada gedən amansız müharibənin fonunda Rey, öz gücünü oyandırıb. Lakin o, Luke Skywalker ilə görüşəndə nə baş verəcək? Kylo Ren isə atasını öldürərək birinci ordendə yüksək yeri tutub. Lakin onun iddialı qərarları onu hara gətirəcək? Uzaq-uzaq qalaktikada hər şey daha da təhlükəli hal almağa başlayır. Rejissoru Rian Johnson-un olduğu filmdə baş rolları Daisy Ridley, Mark Hamill, Oscar Isaac, Carrie Fisher, Adam Driver, John Boyega, Andy Serkis və digərləri canlandırıblar. “Star Wars: The Last Jedi filminin premyerası bu ilin Dekabr ayında baş tutacaq.

    Paylaş
    Bənzər xəbərlər