Steam'də 20$ olan oyun Humble Bundle'da pulsuz oldu: Darkness 2
Digər
Oyun və Film
27.03.2018
Nijat Hamid
Bir zamanlar çox sevilən FPS oyunlarından olan Darkness seriyası bir çoxumuza tanışdı. Seriyanın 2-ci oyunu olan Darkness 2 Steam platformasında 20$ dəyərində bir qiymətə satılır. Dollar-Manat dəyişməsini nəzərə alanda 20$ biraz böyük məbləğ kimi gəlir. Bu anda Humble Bundle Store bizə öz təkliflərindən 1-ini edir və oyunu pulsuz şəkildə bizə verir.
Humble Bundle Store-da Darkness 2 oyunu pulsuz oldu və bu oyunu pulsuz əldə etmək üçün sadəcə 2 gününüz var.
Oyunun studiyası ilk oyuna gələn tənqidləri nəzərə alıb Darkness 2 oyununu daha marağlı hala gətirmişdi. Belə ki, baş personaj olan Jackie Estacado 2 ilana bənzər varlıq ilə birlikdə silahlarıyla düşmənlərindən intiqam almaq üçün hazır şəkildə gözləyir. Oyunu pulsuz əldə etmək üçün Darkness 2 səyfəsinə giriş edirsiz. Loqin və parolu yazıb oyunu pulsuz əldə et hissəsini seçirsiz. Yazdığınız E-mail ünvanına oyunun Steam kodu göndəriləcək və bu kodu Steam proqramında yazaraq oyunu pulsuz yükləyə biləcəksiz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)