main-post-cover

    Steam-də GTA V-i geridə qoyan PlayerUnknown`s Battlegrounds oyunu

    Digər
    Oyun və Film
    20.07.2017
    Orxan Jafarli
    Steam üzərində eynivaxtlı online oyunçu mövzusunda dəyişikliklər yaşanır. uzun zaman siyahının üst sıralarında olan GTA V-i belə keçərək yüksələn oyunun detalları!

    Ən son həyatda qalan adam olmağa çalışılan PlayerUnknown`s Battlegrounds oyunu Steam üzərində gün keçdikcə daha da məşhur olur. Qısa müddətdə PC oyun birliyinin ən məşhur oyunlarından biri olmağı bacardı.
    15 İyul şənbə günü PlayerUnknown s Battlegrounds 382.779 saydakı eynivaxtlı Steam oyuncusuna ev sahibliyi etdi. Bu sayı, Grand Theft Auto V oyununun 2015-ci ilin aprel ayında 360.762 eynivaxtlı oyunçu sayı ilə əldə etdiyi Steam-in ən yüksək eynivaxtlı oyunçu sayı siyahısında 4-cü sıradakı yerini artıq PlayerUnknown`s Battlegrounds aldı.

    Artıq yalnız Dota 2, Counter-Strike: Global Offensive və Fallout 4 oyunları Steam-in ən yüksək eynivaxtlı oyunçu sayı siyahısında PlayerUnknown s Battlegrounds-un üst sırasında yer alır. Böyük ehtimalla Dota 2 təxminən 1,3 milyon və Counter-Strike 850,000 eynivaxtlı oyunçu ilə üst sıralarda yerini almağa davam edəcək. PlayerUnknown`s Battlegrounds oyunu, Bethesda-nın fantastik oyunu Fallout 4-ü də geridə buraxa bilər. Fallout 4 çatdığı 471.955 eynivaxtlı oyunçu ilə bu an siyahının 3-cü sırasında yer alır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər