main-post-cover

    Süni zəka, 'Game of Thrones'un finalının necə olacağını proqnoz etdi

    Digər
    Oyun və Film
    30.08.2017
    Farid Pardashunas

    Alimlər, George R.R. Martin-in “Game of Thrones”a aid 6-cı kitabı yazıb bitirməsini gözləməyərək serialın finalını proqnoz edən süni zəka yaradıblar.

    Əgər siz, “Game of Thrones”da nələrin olacağını öyrənmək istəyirsinizsə, onda siz tək deyilsiniz. Hətta çox güman ki, serialın pərəstişkarları, serialın final sezonunu 2019-cu ilə kimi gözləməli olacaqlar. Mühəndis və proqramçı Zack Thoutt, serialın növbəti süjet xəttini proqnoz edən süni zəka yaradıb. Yazılmış 5 kitabdakı 5000 səhifədəki məlumatlar əsasında süni zəkanın çıxartdığı proqnozda Jaime, Cersei-nı öldürəcək, Jon sonunda əjdahanı yəhərləyəcək, Varys isə Daenerys-i zəhərləyəcək. Süni zəka tərəfindən proqnoz olunmuş finalı tam şəkildə GitHub-dan oxuya bilərsiniz. Hər bir hissənin əvvəli müəyyən personajın adı ilə başlayır. Kitabda da belədir.
    Lakin bir çoxlarının gözlədiklərindən fərqli olaraq süni zəka həmçinin serialda və kitablarda olmayacaq ani süjet gedişatlarını da təqdim edir. Məsələn, süni zəkanın proqnozunda Greenbeard adlı tamamilə yeni quldur personaj ortaya çıxıb. Təbii ki, süni zəka sistemi ideal deyil. Bəzən qrammatik səhvlər olur və bəzən isə süni zəka hətta, artıq ölmüş personajlara da diqqət yetirir. Baxmayaraq ki, kitablardakı məlumatlar çox böyükdür, süni zəka üçün onlar kiçik məlumatlar toplusu kimi gəlir və o, həmin məlumatları tez zamanda qavrayır. Bundan əlavə olaraq kitabda elə sözlər var ki, onlar müəllif tərəfindən yaradılıb və təkrarlanmamaq şərtilə bir dəfə istifadə edilib. Bu hal isə süni zəkanın təlimində problemlər yaradır. Hər halda hazırki mərhələdə süni zəka, George R.R. Martin-i əvəz edə bilməz. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər