
Tələsin! Outlast oyunu pulsuz verilir (VİDEO)
Oyun və Film
22.09.2017
Emil
Humble Store servisi daha bir oyunu pulsuz verməklə istifadəçiləri sevindirməyə qərar verib.
Bu dəfə oyunçulara son illərin ən
yaxşı horror oyunlarından biri olan Outlast verilir. Beləliklə oyunçular
Outlast Deluxe Edition-u pulsuz yükləyərək horror janrının artıq klassikası hesab
olunan oyunu oynaya bilərlər. Oyunda hadisələr jurnalist Miles Upshur-un ətrafında
cərəyan edir. O, sensasiyalı material tapmaq üçün psixiatriya müalicəxanasına
yollanır. Qeyd etmək lazımdır ki, Outlast Deluxe Edition, orijinal oyunu və Whistleblower
adlı DLC-ni özündə birləşdirir.
Pulsuz oyunu əldə etmək üçün Humble Store
saytında qeydiyyatdan keçmək, əldə olunmuş akkauntu, Steam-ə qoşmaq və Humble
Store saytında oyunu səbətə əlavə etmək lazımdır. Bundan sonra sizin mail
ünvanınıza iki ədəd açar şifrə göndəriləcək. Onlardan biri orijinal oyun üçün,
digəri isə Whistleblower adlı DLC üçün nəzərdə tutulucaq. Qeyd etmək lazımdır
ki bu aksiya sabah axşam saatlarına kimi davam edəcək. Paylanan açar şifrələr
isə 7 Oktyabr tarixinə kimi aktiv şəkildə qalacaqlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
