
Məşhur “Terminator” film seriyasının yaradıcısı James Cameron, seriyanı düzgün səmtə yönləndirməyi söz verib.
Hazırlanmasında James Cameron-un iştirak edəcəyi “Terminator 3” filmi, 26 İyul 2019-cu il tarixində izləyicilərə təqdim olunacaq. Yeni film, klassik trilogiyaya son qoyacaq və yeni trilogiyanın yaranmasına imkan verəcək.
“Biz, Terminator və Terminator 2 filmlərindəki hadisələrin davamını çəkəcəyik. Beləliklə yerdə qalan filmlərin isə sadəcə olaraq qorxulu yuxu olduğunu hesaba alırıq” – deyə James Cameron bildirib.
Cameron, prodüsser rolunda çıxış edəcək. Filmin rejissoru isə “Deadpool”u çəkmiş Tim Miller olacaq.
Artıq qocalmış Arnold Schwarzenegger
və Linda Hamilton, T-800 və Sarah Connor rollarına geri qayıdacaqlar.
Öncəki konsepsiyalarda Terminator obrazının cavanlaşdırılması ideyasından
Cameron imtina edib və bu ideyanın çox axmaq olduğunu bildirib.
Şərh yoxdur