
Tim Cook bu il iOS-də süni zəka funksiyalarının olacağını təsdiqləyib
Oyun və Film
05.02.2024
Emil
Apple şirkətinin CEO-su Tim Cook şirkətin növbəti maliyyə nəticələrini açıqlayan zaman bildirib ki, şirkətin generativ süni zəka funksiyaları artıq bu il Apple istifadəçiləri üçün istifadəyə veriləcək. Bu öz növbəsində iOS 18-də süni zəka imkanlarının olacağına dair məlumat sızıntılarını təsdiqləyib. Cook-un sözlərinə əsasən Apple hal-hazırda öz əməliyyat sistemlərinə süni zəka texnologiyalarının inteqrasiyası üzərində aktiv şəkildə çalışır və bu istiqamətdə böyük resurslar ilə zaman sərf edir. Cook bildirib ki, şirkət bu mövzuda inanılmaz maraqlı funksiyalar hazırlayır. Lakin bununla belə Tim Cook sözügedən mövzuda heç bir ətraflı məlumat verməyib. Onun sözlərinə əsasən bütün təfərrüatlar il ərzində təqdim olunacaq.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
