'Ubisoft'un E3 2017 konfransı. Far Cry 5, The Crew 2, Beyond Good and Evil 2 və s. oyunlar (VİDEO)

'Ubisoft'un E3 2017 konfransı. Far Cry 5, The Crew 2, Beyond Good and Evil 2 və s. oyunlar (VİDEO)

Oyun və Film
13.06.2017 PAYLAŞIM

Gecə saatlarında “Ubisoft” şirkəti, E3 2017 oyun sərgisi çərçivəsində özünün press-konfransını keçirtdi. Həmin konfransda artıq anonsu olunmuş Far Cry 5-in yeni traileri və ilk gameplay videosu təqdim olundu. Bundan əlavə olaraq Assassin’s Creed Origins oyununun yeni traileri göstərildi. Lakin bütün bunlarla yanaşı yeni oyunlar da anons olundu. Həmin oyunlardan ən maraqlıları The Crew 2, Skull and Bones Beyond Good and Evil 2 oldular. Ən böyük sürpriz isə təbii ki, Beyond Good and Evil 2 oyununun anonsu oldu. Belə ki, oyunçuların 15 illik həsrətləri artıq bitdi. İndi isə gəlin həmin oyunlar haqqında qısa məlumatları sizlərə çatdıraq.

Assassin’s Creed Origins:

Nədənsə “Ubisoft” şirkəti öz press-konfransı zamanı sözügedən oyuna demək olar ki, vaxt ayırmadı və yalnız bir yeni trailer təqdim etməklə kifayətləndi. Adətən şirkət bu cür oyuna diqqəti cəlb etmək üçün onun lazımi dərəcədə təqdimatını keçirdirdi. Bu dəfə isə sanki şirkət həmin oyunu görməzdən gəldi. Bu bir qədər suallar yaradır. Ola bilər konfrans zamanı texniki nasazlıqlara görə oyuna lazımi diqqət ayrılmayıb. Hər halda konfransdan dərhal sonra oyunun yeni gameplay videosu da təqdim olundu. Assassin’s Creed Origins bu ilin Oktyabr ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

The Crew 2:

Konfrans çərçivəsində şirkət özünün yarış oyunu olan The Crew 2-ni təqdim etdi. Yeni oyun, birinci hissədən tamamilə fərqlənir. Belə ki, ikinci oyunda nəinki avtomobillər, həmçinin sürətli qayıqlar, hava nəqliyyatı və motosikletlər də olacaq. Bir oyunda bu qədər nəqliyyat vasitəsinin bir araya gətirilməsi nə dərəcədə düzgün reallaşdırılacaq və multiplayer rejimi cəhətdən bu hansı effekti verəcək, bunu bilmək üçün yalnız oyunun çıxışını gözləmək qalır. The Crew 2, bu il PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

Far Cry 5:

“Ubisoft” bu oyunun təqdimatını çox qısa şəkildə leçirtdi. Təqdimat çərçivəsində Far Cry 5-in yeni traileri və qısa gameplay videosu göstərildi. Bu seriyanın keçmiş oyunlarına nəzər saldıqda, yeni oyundan da nəsə yeni bir şey gözləməməyə başlayırsan. Buna baxmayaraq çox güman ki, yeni oyun öz pərəstişkarlarını tapacaq. Far Cry 5 gələn ilin Fevral ayında PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

Skull and Bones:

Şirkət, konfrans çərçivəsində tamamilə yeni oyun da anons etdi. Söhbət Skull and Bones oyunundan gedir. Bu oyun multiplayer rejimli quldur gəmiləri haqqındadır. Oyun open-world mexanikasına sahibdir və ilk baxışdan bilinir ki, bu oyun sanki Assassin’s Creed IV: Black Flag-dakı gəmi döyüşlərinin ayrıca bir layihəsidir. Yəni gameplay mexanikası tamamilə misal gətirilmiş oyundakı mexanika ilə eynidir. Bu cür oyunun nə dərəcədə oyunçunu ekran qabağında saxlayacağı bilinmir. Skull and Bones, 2018-ci ildə PC, PS4 və Xbox One üçün satışa çıxacaq.

Beyond Good and Evil 2:

Konfransın sonunda şirkət, Beyond Good and Evil 2 oyununu anons edərək oyunçulara əsl sürpriz sərgilədi. Qeyd etmək lazımdır ki, Michel Ancel-in bu oyununu oyunçular düz 15 ildir ki, gözləyirdilər. Yeni oyunda hadisələr, birinci oyunun baş qəhrəmanının doğulmasından daha öncəki vaxtı əhatə edəcək. Oyunu həm tək başına, həmdə dostlarla birlikdə co-op və ya online rejimdə oynamaq mümkün olacaq. Təəssüflər olsun ki, Beyond Good and Evil 2-nin hansı tarixdə və hansı konsollar üçün satışa çıxacağı barəsində heç bir məlumat verilməyib.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Amazon'un The Boys serialının 2'ci sezonu ilə bağlı bilinən məlumatlar

Amazon tərəfindən istehsal edilən The Boys serialı izləyicilər tərəfindən müsbət rəylər almışdı. İlk..


Spider-Man Far From Home filminin ilk traileri

Spider-Man Far From Home filminin hadisələri Avengers: End Game filminin hadisələrindən sonra cərəya..


Game of Thrones serialının final sezonunun çıxış tarixi elan edildi (VİDEO)..

HBO telekanalı məşhur Game of Thrones serialının final sezonunun təqdimat tarixini açıqladı...


'X-Men: Dark Phoenix' filminin ilk traileri yayımlandı

Jean Grey bütün dünyanı məhv edəcək gücə sahib olaraq Dark Phoenix-ə çevrilir.


Optimus Prime yeni formatda: 'Bumblebee' filminin yeni traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyi..


'Avengers 4' öncəsi qarşıdurma: 'Captain Marvel' filminin ilk traileri yayımland..

Günlərin birində adi hərbi pilot vəzifəsində çalışan Carol Danvers-in DNT-ləri yadplanetli sivilizas..