
Yeni '007: James Bond' filminin rejissoru və çıxış tarixi məlum oldu
Oyun və Film
15.03.2018
Emil
Əvvəllər internetdə gəzmiş şayiə həqiqətə çevrildi.
Belə ki, britaniyalı rejissor Danny
Boyle, James Bond haqqında çəkiləcək 25-ci filmə rejissorluq edəcək. Bu barədə
xəbəri rejissor özü təsdiqləyib. “Hal-hazırda biz filmin ssenarisi üzərində
çalışırıq. Baxaq görək bundan nə alınacaq. Bizim çox yaxşı bir ideyamız var.
Ümid edirəm ki, həmin ideya alınacaq. Mən daha çox məlumat verməkdə şad
olardım, lakin məlum səbəblərə görə bunu edə bilmirəm” – deyə rejissor
bildirib.
Bundan əlavə olaraq filmin çıxış tarixi də elan edilib. James Bond
haqqında olacaq 25-ci film 8 Noyabr 2019-cu il tarixində izləyicilərə təqdim
olunacaq. Qeyd etmək lazımdır ki, filmin distribyutoru hələki yoxdur. Belə ki,
Sony Pictures studiyası ilə olan müqavilənin müddəti artıq bitib. Yubiley filmdə
James Bond rolunu sonuncu dəfə aktyor Daniel Craig canlandıracaq. “007: Spectre”
filmindən sonra aktyor birdə bu rola qayıtmayacağına söz versə də sonuncu dəfə
sözügedən obrazı canlandırmağa razılıq verib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
