Logo
    main-post-cover

    2 il ərzində aktivlik sərgiləməyən Samsung hesabları iyulun sonunda silinəcəklər

    Proqram Təminatı
    04.06.2025
    Emil
         Samsung şirkəti elan edib ki, iyul ayında istifadə olunmayan Samsung hesablarını siləcək. Söhbət, son 2 il ərzində giriş edilməmiş Samsung hesablarından gedir. Samsung hesabları Galaxy cihazlarındakı rəsmi tətbiqlərə daxil olmaq üçün tələb olunur. Galaxy Store Samsung Health, Galaxy Wearables kimi bütün Samsung tətbiqləri üçün bu hesab zəruridir. Bu hesabı Google hesabına bağlamaq mümkündür, lakin bu tam eyni hesab sayılmır. Samsung-un açıqlamasına görə, ən azı 24 ay ərzində heç bir aktivlik göstərməyən hesablar silinəcək.
         Prosesin 31 iyul tarixində başlanması planlaşdırılır. Bu meyarlara uyğun olan istənilən hesab bərpa imkanı olmadan silinəcək. Əgər son 24 ayda həmin hesaba heç olmasa bir dəfə daxil olunubsa, o zaman hesab olduğu kimi qalacaq. Bu qərar keçmişdə Samsung cihazı olan, lakin uzun müddətdir sistemə daxil olmayan istifadəçilərə də aiddir. Hesabın silinməməsi üçün ona kompüterdən və ya Samsung-un mobil tətbiqindən daxil olmaq kifayətdir. İstifadəçilər əvvəllər aktiv olmayan Samsung hesablarına gələn ayın sonuna qədər daxil ola bilərlər. Bu, həmin hesabı aktiv hesab kimi qeyd edəcək. Samsung istifadəçilərə bu dəyişiklik barədə xəbərdarlıq məktubu göndərəcək.
    Paylaş