
4 ədəd Redmi Note 11 smartfonu üçün HyperOS istifadəyə evrilib
Proqram Təminatı
27.02.2024
Emil
Xiaomi şirkəti heç gözlənilmədən 3 smartfonu üçün HyperOS-i istifadəyə verib. Söhbət, Redmi Note 11, Redmi Note 11 NFC və Redmi Note 11 Pro 4G smartfonlarından gedir. Sözügedən smartfonlar üçün HyperOS müvafiq olaraq OS1.0.3.0.TGCMIXM, OS1.0.3.0.TGKMIXM, OS1.0.2.0.TGDMIXM model nömrələrinə sahibdir. Adları sadalanmış smartfonlar üçün nəzərdə tutulmuş HyperOS-in həcmi 1 GB-dan bir qədər çoxdur. Bu smartfonların Mi Pilot test proqramında iştirak etmiş istifadəçiləri artıq HyperOS-i əldə etməyə başlayıblar. Yaxın zamanda sistem yenilənməsi bütün istifadəçilər üçün aktiv olacaq. Onu da qeyd etmək lazımdır ki, Redmi Note 11, Redmi Note 11 NFC və Redmi Note 11 Pro 4G üçün istifadəyə verilmiş HyperOS Android 13 əsaslıdır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
