main-post-cover

    Adobe musiqi tərtibatı üçün Project Music GenAI Control adlı neyron şəbəkəsini anons edib (VİDEO)

    Proqram Təminatı
    29.02.2024
    Farid Pardashunas
         Adobe şirkəti generativ süni zəka əsasında çalışan Project Music GenAI Control adlı neyron şəbəkəsini anons edib. Project Music GenAI Control istifadəçilərə mətn formatında təsvirlər əsasında musiqilərin tərtibatı imkanını verir. Tərtib edilmiş musiqiləri isə daha sonra xüsusi proqram təminatı vasitəsilə redaktə etmək olar. Adobe şirkəti bildirib ki, Project Music GenAI Control-dan istifadə etmək üçün xüsusi bacarıqlara sahib olmağa ehtiyac yoxdur.
         İstifadəçi sadəcə olaraq əldə etmək istədiyi musiqinin tərzini mətn formatında qeyd edir və sistem bütün işi avtomatik şəkildə görür. Daha sonra istifadəçi öz istəyinə uyğun olaraq tərtib edilmiş musiqini redaktə edə bilər. Belə ki, tərtib edilmiş musiqinin tempini, strukturunu və intensivliyini ayarlamaq mümkündür. Bundan əlavə olaraq Project Music GenAI Control keyfiyyətli melodiya əsasında musiqi də tərtib etməyi bacarır. Hal-hazırda Project Music GenAI Control hazırlanma və test mərhələsindədir. Onun nə zaman istifadəyə veriləcəyi bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər