
Adobe Premiere-in iOS versiyası pulsuz şəkildə istifadəyə verilib
Proqram Təminatı
01.10.2025
Emil
Adobe şirkəti məşhur video redaktə tətbiqi Premier-in iOS versiyasının istifadəyə verildiyini elan edib. Android əməliyyat sistemi ilə işləyən cihazlar üçün isə tətbiq hələ hazırlanma mərhələsindədir. iPhone sahibləri artıq Premier tətbiqini pulsuz yükləyə bilərlər. Bu tətbiq video redaktəsi üçün müxtəlif funksiyalara çıxış imkanı təqdim edir. Burada videolar, musiqi müşayiəti, səslər və mətn üçün bir neçə xəttin yerləşdirildiyi zaman xətti mövcuddur. Tətbiq 4K HDR formatında videoların emalını, avtomatik altyazı generasiyasını, həmçinin kadrların rəng və kölgə tənzimləməsini dəstəkləyir. İstifadəçi smartfonunda video çəkərkən, böyük ehtimalla, fon səs-küyü də olur. Premier tətbiqi səs-küyün səviyyəsini asanlıqla azaltmağa və dialoqları ön plana çıxarmağa imkan verir.

Tətbiqdə süni intellekt əsasında işləyən funksiyalar da yer alıb. Məsələn, mətn təsviri əsasında səs effektlərinin yaradılması mümkündür. Bundan əlavə, istifadəçilər şəkillər və stikerlər, eləcə də statik şəkillərdən keçid kadrları üçün kiçik videolar generasiya edə bilərlər. Premier tətbiqi pulsuz təqdim edilsə da, süni intellekt funksiyalarından istifadə etmək üçün xüsusi kreditlər almaq tələb olunur. Adobe həmçinin öz təsvir, klip və səs kitabxanasına pulsuz çıxış imkanı təqdim edəcək ki, bunlardan sonradan videolarda istifadə etmək mümkün olsun. Adobe Cloud vasitəsilə başlanan layihəni mobil Premier-dən masaüstü versiyaya köçürüb üzərində işləməyə davam etmək olar. Bununla belə, hazırda layihəni kompüterdən mobil cihaza köçürmək mümkün deyil.
Paylaş