Logo
    main-post-cover

    Ağılllı evlər üçün nəzərdə tutulmuş Gemini for Home süni intellekt köməkçisi təqdim edilib

         Google ağıllı evlər üçün Gemini for Home adlı yeni səsli köməkçisinin istifadəyə verildiyini elan edib. Məlumata görə, süni intellekt əsasında işləyən Gemini for Home köməkçisi artıq bu ilin oktyabrında Nest ağıllı səsgücləndiricilərində və ekranlarında standart Google Assistant-ı əvəz edəcək. Yeni köməkçi ağıllı evi, musiqini, taymerləri idarə edəcək və suallara cavab verəcək, “Hey Google” ifadəsi ilə aktivləşəcək. Google Home və Nest məhsulları şöbəsinin rəhbəri Anish Kattukaran-ın sözlərinə görə, Gemini for Home istifadəsi tamamilə yeni bir təcrübə kimi qəbul ediləcək. Köməkçi inkişaf etmiş məntiqi düşünmə və axtarış imkanlarından istifadə edir, daha mürəkkəb tapşırıqları yerinə yetirir və təbii dildə qarşılıqlı əlaqə qurur. O, konteksti, incəlikləri və istifadəçi niyyətlərini daha yaxşı anlayır.
         Məsələn, o, belə sorğuları düzgün yerinə yetirə biləcək: “yataq otağından başqa hər yerdə işığı söndür”, “bu ilin yarış maşınları haqqında yay filmindən mahnını qoş” və həmçinin siyahılar, xatırlatmalar və təqvimdə hadisələrin yaradılmasını sadələşdirəcək. Əsas təkmilləşdirmə davamlı səsli dialoqa imkan verəcək Gemini Live funksiyasının inteqrasiyası olacaq və artıq daim “Hey Google” ifadəsini təkrarlamağa ehtiyac qalmayacaq. Bu, istifadənin yeni ssenarilərini açacaq - mövcud məhsullardan yemək hazırlanmasına dair ətraflı köməkdən və iri alışların planlaşdırılmasından tutmuş, məişət problemlərinin həllinə və ya gecə nağıllarının generasiyasına qədər. Maraqlıdır ki, oxşar imkanlar artıq Amazon-un Alexa Plus xidmətində mövcuddur və bu, Google-u birbaşa rəqabət şəraitinə salır. Yeni köməkçinin tətbiqi tədricən və ehtiyatla, Google Home Public Preview adlı ilkin test proqramı vasitəsilə həyata keçiriləcək.
         Belə strategiya generativ süni intellektin ağıllı evlərə inteqrasiyası ilə bağlı artan risklərlə əlaqədardır, çünki o, potensial olaraq qıfıllar, məişət texnikası və iqlimə nəzarət sistemləri kimi kritik cihazları idarə edə bilər. Gemini for Home-un ödənişli tarifinin qiyməti hələ açıqlanmayıb, lakin genişləndirilmiş Gemini Live funksiyalarının böyük ehtimalla premium abunəliyə daxil ediləcəyi gözlənilir. Google, Amazon-un yolunu izləyərək tarifi Nest Aware və ya Google One paketlərinə daxil edə bilər. Bu fərziyyə yaxınlarda Nest Aware qiymətinin funksionallıqda ciddi yeniliklər olmadan aylıq 10$-a qaldırılması ilə dəstəklənir. Köməkçi ailə üzvləri və qonaqlar üçün işləyəcək. İstismara başlanğıc erkən giriş proqramı vasitəsilə olacaq və Google yalnız ödənişli deyil, həm də pulsuz abunə səviyyəsi təqdim edəcək.
    Paylaş