main-post-cover

    Aktual iPhone modellərinin çoxunda iOS 18-in süni zəka funksiyaları məhdud şəkildə çalışacaqlar

    Proqram Təminatı
    05.06.2024
    Emil Nəcəfov
         Son məlumat sızıntılarına əsasən 10 iyun tarixində start götürəcək WWDC 2024 konfransı çərçivəsində təqdim ediləcək iOS 18-dəki süni zəka funksiyaları iOS 17 dəstəkli bütün iPhone modellərində istifadəyə veriləcək. Lakin Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən iOS 18-də olacaq lokal süni zəka funksiyaları yüksək sistem tələblərinə sahib olacaqlar. Bu səbəbdən də lokal süni zəka funksiyalarından yalnız ən güclü iPhone modellərinin istifadəçiləri yararlana biləcəklər. İnsayder bildirib ki, Apple iOS 18-dəki süni zəka funksiyalarını iki növə ayıracaq.
         Birbaşa smartfon daxilində çalışan standart lokal funksiyalar və şirkətin bulud serverləri vasitəsilə çalışan güclü funksiyalar. Birinci növə aid ediləcək süni zəka funksiyaları çox güman ki, Apple şirkətinin fərdi böyük dil modeli üzərində çalışacaqlar. Hər yeni iPhone modelinin ildən-ilə performans göstəricisi artdığı üçün süni zəka funksiyalarının öhdəsindən heç də bütün iPhone modelləri gələ bilməyəcəklər. Məlumata əsasən iPhone 15 Pro iPhone 15 Pro Max modelləri istisna olmaqla digər aktual iPhone modelləri süni zəka funksiyalarından məhdud şəkildə istifadə edə biləcəklər. Bununla yanaşı Gurman bildirib ki, MacBook iPad cihazlarında lokal süni zəka funksiyalarının çalışmaları üçün onların minimum Apple M1 prosessoruna sahib olmaları lazım gələcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro bazarda ən nazik ekran ətrafı çərçivəni əldə edə bilər
    iphone-16-pro-bazarda-en-nazik-ekran-etrafi-cerciveni-elde-ede-biler
    Apple WWDC 2024 çərçivəsində yeni cihazlar təqdim etməyəcək
    apple-wwdc-2024-cercivesinde-yeni-cihazlar-teqdim-etmeyecek
    iPhone 5s Apple şirkətinin köhnəlmiş cihazlar siyahısına daxil edilib
    iphone-5s-apple-sirketinin-kohnelmis-cihazlar-siyahisina-daxil-edilib
    Apple Siri tətbiqlərdəki funksiyaları idarə edə biləcək
    apple-siri-tetbiqlerdeki-tetbiqlerdeki-funksiyalari-idare-ede-bilecek
    iOS 18-in süni intellekt xüsusiyyətləri yeni iPhone-lar üçün eksklüziv ola bilər!
    ios-18-in-suni-intellekt-xususiyyetleri-yeni-iphone-lar-ucun-ekskluziv-ola-biler