
Android 14 dəstəkli OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy M14 5G üçün istifadəyə verilib
Proqram Təminatı
08.12.2023
Emil
Samsung şirkəti öz büdcəli smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy M seriyasının smartfonuna çatıb. Söhbət, Galaxy M14 5G-dən gedir. Samsung Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını sözügedən smartfon üçün istifadəyə verib. İstifadəçi interfeysinin stabil versiyası Galaxy M14 5G üçün M146BXXU2BWK8 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsini bu smartfonun ilk öncə İraq, Mərakeş, Səudiyyə Ərəsbistanı, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Tunis və Türkiyədəki istifadəçiləri əldə ediblər. Lakin yaxın zamanda OneUI 6.0-ın stabil versiyası Galaxy M14 5G-nin digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy A25 5G-nin satış tarixi və qiyməti ortaya çıxıb
Samsung şirkətinin yaxın zamanda təqdim edəcəyi smartfonlardan biri də Galaxy A25-dir.

Cihazlar+
Samsung Galaxy S24 Ultra ilə Galaxy S23 Ultra-nın gövdələri müqayisə edilib
İnternetdə Samsung Galaxy S24 Ultra smartfonunun yeni real fotoları ortaya çıxıb.

Cihazlar+
Samsung Galaxy S25 smartfonlarında ciddi dizayn dəyişikliyi olacaq
İnternetdə Samsung Galaxy S25 smartfon seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir.

Cihazlar+
Bu ilin üçüncü rübündə ən çox satılmış smartfonların adları məlum olub
Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübündə ən çox satılmış smartfonların reytinqini təqdim edib.

Cihazlar+
Təqdimata hazırlaşan Samsung Galaxy A15-ün yeni fotoları təqdim edilib
Samsung şirkətinin hazırladığı Galaxy A15 adlı yeni büdcəli smartfonu barəsində artıq kifayət qədər məlumat ortaya çıxıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
