
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy S21 FE-nin Exynos prosessorlu modeli üçün istifadəyə verilib
Proqram Təminatı
22.12.2023
Emil
Bir neçə müddət bundan öncə Samsung şirkəti Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını Galaxy S21 FE smartfonunun Snapdragon prosessoru vasitəsilə çalışan modeli üçün istifadəyə vermişdi. İndi isə istifadəçi interfeysinin stabil versiyası sözügedən smartfonun Exynos prosessoru vasitəsilə çalışan modeli üçün təqdim edilib. Sistem yenilənməsi G990EXXU7FWK6 nömrəsi altında istifadəyə verilib və o, ilk növbədə Galaxy S21 FE-nin Exynos vasitəsilə çalışan modelinin Əfqanıstan, Misir, Hindistan, İndoneziya, İraq, Malayziya, Mərakeş, Pakistan, Panama, Səudiyyə Ərəbistanı, Tayland, Hollandiya, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Vyetnam və Filippindəki istifadəçiləri üçün aktivləşdirilib. Lakin yaxın günlərdə sistem yenilənməsi bütün istifadəçilər üçün təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
