
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası qatlana bilən Samsung Galaxy Z Fold 4 və Z FLip 4 üçün istifadəyə verilib
Proqram Təminatı
19.12.2023
Emil
Dünən məlum oldu ki, Samsung şirkətinin qatlana bilən Galaxy Z Fold 3 və Z Flip 3 smartfonları Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını əldə etməyə başlayıblar. İndi isə Samsung istifadəçi interfeysinin stabil versiyasını digər qatlana bilən smartfonları üçün istifadəyə verib. Söhbət, Galaxy Z Fold 4 və Z Flip 4 smartfonlarından gedir. Sistem yenilənməsi ilk növbədə bu smartfonların ABŞ-dakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda OneUI 6.0-ın stabil versiyası Galaxy Z Fold 4 və Z Flip 4-ün digər ölkələrdəki istifadəçiləri üçün də təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
