
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A05s üçün istifadəyə verilib
Proqram Təminatı
08.02.2024
Emil
Samsung şirkəti Galaxy A seriyasının büdcəli modellərini Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyası Galaxy A05s smartfonu üçün istifadəyə verilib. Sözügedən smartfon üçün OneUI 6.0-ın stabil versiyası A057FXXU2BXA8 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsinin həcmi isə 1.5 GB təşkil edir. OneUI 6.0-ın stabil versiyasını Galaxy A05s-in ilk öncə Vyetnam və İndoneziyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda sistem yenilənməsi sözügedən smartfonun digər ölkələrdəki istifadəçiləri üçün də təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
