
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A23 5G üçün istifadəyə verilib
Proqram Təminatı
25.12.2023
Emil
Samsung şirkəti Galaxy A seriyasının smartfonlarını Android 14 ilə təmin etməyə davam edir. Bu dəfə növbə Galaxy A23 5G smartfonuna çatıb. Belə ki, sözügedən smartfon üçün Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyası istifadəyə verilib. Bu smartfon üçün istifadəçi interfeysinin stabil versiyası A236BXXU4DWKA nömrəsi altında təqdim edilib. Sistem yenilənməsini Galaxy A23 5G-nin ilk öncə Böyük Britaniya, İtaliya, Fransa, Polşa və Portuqaliyadakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın günlərdə sistem yenilənməsi Galaxy A23 5G-nin digər ölkələrdəki istifadəçiləri üçün də aktivləşdiriləcək.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
