
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy F13 üçün istifadəyə verilib
Proqram Təminatı
30.01.2024
Emil
Samsung şirkəti öz smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy F13 smartfonuna çatıb. Belə ki, sözügedən smartfon Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını əldə edib. Bu smartfon üçün OneUI 6.0-ın stabil versiyası E135FXXU5DXA2 nömrəsi altında istifadəyə verilib. Məlumata əsasən sistem yenilənməsinin həcmi 1.7 GB təşkil edir və onu ilk növbədə Galaxy F13-ün Hindistandakı istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda OneUI 6.0-ın stabil versiyası Galaxy F13-ün bütün istifadəçiləri üçün aktiv olacaq.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
