
Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy Z Fold 3 və Z Flip 3 üçün istifadəyə verilib
Proqram Təminatı
18.12.2023
Emil
Samsung şirkəti öz qatlana bilən smartfonlarını Android 14-ə kimi yeniləməyə davam edir. Bu dəfə növbə Galaxy Z Fold 3 və Z Flip 3 smartfonlarına çatıb. Şirkət sözügedən smartfonlarda Android 14 əsaslı OneUI 6.0 istifadəçi interfeysinin stabil versiyasını istifadəyə verib. İstifadəçi interfeysinin stabil versiyası sözügedən smartfonlar üçün F711USQU5HWL1 və F926USQU4HWL1 nömrələri altında təqdim edilib. Sistem yenilənməsindən bu smartfonların ilk növbədə ABŞ-dakı istifadəçiləri yararlana bilərlər. Yaxın zamanda isə OneUI 6.0-ın stabil versiyası Galaxy Z Fold 3 və Z Flip 3-ün digər ölkələrdəki istifadəçiləri üçün də təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
