
Android 14-ün stabil versiyası Nothing Phone (1) üçün istifadəyə verilib
Proqram Təminatı
01.02.2024
Emil
Dekabr ayının sonunda Nothing şirkəti öz ilk smartfonu olan Nothing Phone (1)-də Android 14-ün beta versiyasını istifadəyə vermişdi. İndi isə şirkət rəsmi şəkildə elan edib ki, bu smartfon üçün Android 14-ün stabil versiyası istifadəyə verilib. Məlumata əsasən smartfon Android 14-ün stabil versiyasını Nothing OS 2.5.2 istifadəçi interfeysinin tərkibində əldə edib. Sistem yenilənməsi mərhələli şəkildə istifadəyə verildiyi üçün Android 14-ün stabil versiyası eyni anda bütün Nothing Phone (1) istifadəçilərində aktiv olmaya bilər.
Paylaş
Ən çox oxunanlar

iOS 26 və iPadOS 26-nı əldə edəcək Apple cihazlarının siyahısı açıqlanıb
