Logo
    main-post-cover

    Android 15-də istifadəçi hesablarının oğurlanmasından qorunma funksiyası olacaq

    Proqram Təminatı
    20.02.2024
    Emil
         İnsayderlər Android-in test versiyasında yeni təhlükəsizlik funksiyasını aşkar ediblər. Aşkar edilmiş funksiya istifadəçiləri iki mərhələli autentifikasiya kodlarını oğurlayan skam tətbiqlərdən qorumaq üçün nəzərdə tutulub və o, çox güman ki, Android 15-də istifadəyə veriləcək. İnsayderlərin sözlərinə əsasən Android-in test versiyasında olan RECEIVE_SENSITIVE_NOTIFICATIONS sistem icazəsi məhz bu yeni təhlükəsizlik funksiyası ilə əlaqəlidir. Yeni funksiyanın əsas məğzi NotificationListenerService adlı API ilə bağlı bildirişlər xidmətinin çalışmasının məhdudlaşdırılmasındadır.
         Bu API öz növbəsində daxil olan mesajların tətbiqlər tərəfindən oxunmasını və mesajlarla müxtəlif şəkildə qarşılıqlı əlaqəni təmin edir. Hal-hazırda istifadəçilər bu icazəni tətbiqlərə fərdi şəkildə ayarlar üzərindən verə bilirlər. Sözügedən icazənin tətbiqlərə nə dərəcədə böyük imkanlar verdiyini nəzərə alan Google bu xidməti bir qədər məhdudlaşdırmaq niyyətindədir. İnsayderlər Android 14-ün kodunda OTP_REDACTION bəndini aşkar ediblər. Çox güman ki, sözügedən bənd bütün tətbiqlər üçün iki mərhələli autentifikasiya kodlarının oxunuşu imkanını məhdudlaşdıracaq. Hal-hazırda bu bənd Android 14-də istifadə edilmir. Çox güman ki, o, Android 15 üçün nəzərdə tutulub.
    Paylaş