main-post-cover

    Android 15-in tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası istifadəyə verilməyə hazırdır

    Proqram Təminatı
    14.02.2024
    Emil Nəcəfov
         Google şirkəti bu il Android 15-i istifadəyə verəcək. Lakin əməliyyat sisteminin stabil versiyasının istifadəyə verilməsindən öncə şirkət onun bir neçə ay ərzində testini aparmalıdır. İlk test isə tərtibatçılar tərəfindən reallaşdırılacaq. Bunun üçün şirkət hər yeni Android versiyasının tərtibatçılar üçün nəzərdə tutulmuş xüsusi versiyasını istifadəyə verir. Söhbət, Android Developer Preview-dan gedir. İndi isə Android 15 Developer Preview 1-in nə zaman istifadəyə veriləcəyi məlum olub. Məlumata əsasən Android 15 Developer Preview 1 artıq sabah istifadəyə veriləcək. Qeyd etmək lazımdır ki, keçən il Android 14 Developer Preview 1 də eyni vaxtda istifadəyə verilmişdi. Ənənəyə sadiq qalaraq Android 15 Developer Preview 1-i ilk öncə Google Pixel smartfonlarının istifadəçiləri test edə biləcəklər. Vanilla Ice Cream kod adına sahib Android 15-in stabil versiyasının isə sentyabr ayında istifadəyə veriləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 8a-nın vacib texniki özəlliklərindən biri məlum olub
    google-pixel-8a-nin-vacib-texniki-ozelliklerinden-biri-melum-olub
    Google Gemini çat-botunu qulaqlıqlarda istifadəyə verəcək
    google-gemini-cat-botunu-qulaqliqlarda-istifadeye-verecek
    Google istifadəçiləri dələduz tətbiqlərdən qoruyacaq
    google-istifadecileri-deleduz-tetbiqlerden-qoruyacaq
    Google Pixel 9 smartfonlarından biri Geekbench testlərindən keçib
    google-pixel-9-smartfonlarindan-biri-geekbench-testlerinden-kecib
    Google şirkəti Pixel Tablet 2 planşeti üzərində çalışır
    google-sirketi-pixel-tablet-2-planseti-uzerinde-calisir