main-post-cover

    Android 16-da istifadəyə veriləcək yeni funksiya sərgilənib (VİDEO)

    Proqram Təminatı
    10.10.2024
    Emil Nəcəfov
         İnsayderlər Android-in yeni beta versiyasında Android 16-da istifadəyə veriləcəyi gölzənilən yeni funksiyanı aşkar ediblər. Aşkar edilmiş yeni funksiya multitasking rejimindən istifadəni Windows-dakı tətbiq pəncərələrinin istifadəsi üsuluna yaxın etməlidir. Android-in yeni beta versiyasında aşkar edilmiş yeni funksiya bubble anything adlanır. Bu yeni funksiya istənilən tətbiqi ekranda üzən pəncərə formasında işə salmağa imkan verir.
         Qeyd etmək lazımdır ki, bir sıra messencerlər bu cür imkana artıq uzun illərdir sahibdirlər. Funksiyanı işə salacaq müvafiq düymə ana ekrandakı kontekst menyuda yerləşəcək. İnsayderlərin sözlərinə əsasən bu funksiya Android 15 üçün olduqca böyük yenilikdir. Buna görə də o, Android 16-da istifadəyə verilə bilər. Qeyd etmək lazımdır ki, Android-də messencerlər daxil olan mesajlar barəsində istifadəçilərə “köpüklər” vasitəsilə xəbər verə bilirlər. Söhbət, ayrıca pəncərədə çat bölməsini açmağa imkan verən bildirişlərdən gedir. Aşkar edilmiş bubble anything adlı yeni funksiya da bu prinsip üzrə çalışacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 16-nın Google daxilində hansı şirniyyatın adını əıldə etdiyi məlum olub
    android-16-nin-google-daxilinde-hansi-sirniyyatin-adini-eilde-etdiyi-melum-olub