main-post-cover

    Android dəstəyinə sahib olmayan HarmonyOS NEXT bu ilin sonuna kimi istifadəyə verilməlidir

    Proqram Təminatı
    16.09.2024
    Emil Nəcəfov
         Huawei şirkəti öz tarixində və texnologiyalar sahəsində vacib addımı atmağa hazırlaşır. Söhbət, HarmonyOS NEXT-in işə salınmasından gedir. Bu, şirkətin HarmonyOS adlı əməliyyat sisteminin yeni versiyasıdır və o, Android dəstəyinə sahib deyil. Verilmiş məlumata əsasən şirkət öz əməliyyat sisteminin bu yeni versiyasını bu ilin sonuna kimi istifadəyə verməyi planlaşdırır. 2019-cu ildə təqdim edilmiş HarmonyOS əməliyyat sistemi ilk öncə smart televizorlarda istifadəyə verilmişdi.
         Lakin daha sonra o, smartfonlar, planşetlər və smart saatlar üçün optimizasiya edildi. İndi isə şirkət Android-dən asılılığını tamamilə aradan qaldırmağa imkan verəcək addımı atmağa hazırlaşır. HarmonyOS NEXT proqram təminatı kodunun tamamilə sıfırdan yazılması prosesinin məhsuludur. Bu isə onun Android kodundan asılılığını aradan qaldırır. Şirkətin sözlərinə əsasən HarmonyOS NEXT tamamilə müstəqil və avtonom əməliyyat sistemidir. Gözləntilərə əsasən bu yeni əməliyyat sistemini əldə edəcək ilk smartfonlar Huawei Mate 70 smartfonları olacaqlar. Böyük ehtimal ilə HarmonyOS NEXT ilk növbədə yalnız Çində aktiv olacaq
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN smartfonunun təmir qiymətləri açıqlanıb
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-smartfonunun-temir-qiymetleri-aciqlanib
    Huawei Mate XT ULTIMATE DESIGN adlı 3 qat qatlana bilən smartfon təqdim edilib - QİYMƏTİ
    huawei-mate-xt-ultimate-design-adli-3-qat-qatlana-bilen-smartfon-teqdim-edilib-qiymeti
    3 qat qatlana bilən Huawei Mate XT-nin qara gövdə rəngində fotosu ortaya çıxıb
    3-qat-qatlana-bilen-huawei-mate-xt-nin-qara-govde-renginde-fotosu-ortaya-cixib
    3 qat qatlana bilən Huawei Mate XT-nin ön sifarişlərinə artıq start verilib
    3-qat-qatlana-bilen-huawei-mate-xt-nin-on-sifarislerine-artiq-start-verilib
    3 qat qatlana bilən Huawei Mate XT smartfonunun xarici görünüşü rəsmi şəkildə sərgilənib (VİDEO)
    3-qat-qatlana-bilen-huawei-mate-xt-smartfonunun-xarici-gorunusu-resmi-sekilde-sergilenib