
Android smartfonlarda Google Assistant süni zəka əsaslı Gemini ilə əvəzlənəcək
Proqram Təminatı
17.03.2025
Emil
Google şirkəti elan edib ki, yaxın aylarda Android smartfonlarında standart Google Assistant rəqəmsal köməkçisini yeni süni zəka əsaslı Gemini köməkçisi ilə əvəz edəcək. Bu ilin sonuna qədər klassik Google Assistant əksər Android smartfonlarında əlçatan olmayacaq və Android tətbiq mağazalarından silinəcək. O, tamamilə Gemini ilə əvəz olunacaq. Google artıq Pixel 9 seriyalı smartfonlarında əsas rəqəmsal köməkçi kimi Gemini-dən istifadə edir.

Gemini, həmçinin Pixel cihazları və digər istehsalçılara məxsus müasir Android smartfonlarında quraşdırıla bilər, lakin hələlik standart tətbiq kimi deyil, yalnız opsional bir seçim kimi təqdim olunur. Bunun üçün Google Assistant-ı işə salmaq və onu Gemini ilə əvəz etməyə razılıq vermək lazımdır. Google bildirib ki, keçən il buraxılmış Gemini tətbiqi artıq 40-dan çox dili dəstəkləyir və 200-dən çox ölkədə əlçatandır. Bundan əlavə, Google Assistant təkcə smartfonlarda deyil, həm də planşetlərdə, avtomobilin multimedia sistemlərində və smartfona qoşula bilən digər cihazlarda Gemini ilə əvəz olunacaq. Gələcəkdə isə süni zəka köməkçisinin ağıllı səsgücləndiricilərdə və smart televizorlarda da dəstəklənməsi gözlənilir.
Mənbə: Google
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
