
Android smartfonlarla Windows kompüterləri bloklamaq mümkün olacaq
Proqram Təminatı
24.07.2025
Emil
Microsoft Android üçün nəzərdə tutulmuş Phone Link mobil tətbiqi üçün böyük funksional yeniləmə hazırlayır. Windows 11-in test versiyasında artıq iki nəzərəçarpacaq yenilik sınaqdan keçirilir və bu yeniliklər platformalararası inteqrasiyanı yaxşılaşdırmağa yönəlib. Tətbiqin yenilənmiş versiyası kompüteri uzaqdan bloklama funksiyasını əldə edib. Bu xüsusiyyət həm iş yerində, həm də evdə məlumatların yad şəxslərdən qorunması üçün faydalı ola bilər.

Bundan əlavə, indi smartfondan kompüterin mübadilə buferinə (clipboard) çıxış imkanı yaradılıb. Hələlik bu funksiya yalnız bir istiqamətdə işləyir - yəni smartfondan kompüterə. Əks istiqamət üçün isə alternativ olaraq Microsoft SwiftKey vasitəsilə cihazlar arasında sinxronizasiya və ya Phone Link-dəki “Cross-device copy and paste” funksiyasından istifadə etmək olar. Hər iki yenilik hələlik yalnız Windows 11-in test versiyasında mövcuddur və standart olaraq deaktiv vəziyyətdədir (istifadəçi tərəfindən fərdi şəkildə aktivləşdirilməlidir). Microsoft-un bu funksiyaları sabit versiyaya nə zaman əlavə edəcəyi isə hələlik məlum deyil.


Paylaş