
Apple digər ölkələrin istifadəçilərinə kənar tətbiq mağazalarından istifadəyə imkan verməyəcək
Proqram Təminatı
26.01.2024
Emil
Avropa Birliyinə daxil olan ölkələrin iPhone və iPad istifadəçiləri üçün kənar tətbiq mağazalarından istifadə imkanının istifadəyə veriləcəyi xəbərindən sonra bir çoxları böyük ehtimalla Avropa Birliyi ərazisində çalışacaq Apple hesabının yaradılması fikrinə düşüblər. Lakin görünür, Apple bu cür ehtimalı nəzərə alıb və öncədən tədbirlər görüb. Apple artıq bildirib ki, reallaşdırılacaq bütün dəyişikliklər yalnız Avropa Birliyi ölkələrində çalışacaqlar. Digər regionlardakı istifadəçilərin bu imkanlardan faydalanmamaları üçün isə şirkət onların yerlərini dəqiq şəkildə təyin etmək niyyətindədir. Bu halda adi VPN-dən istifadə də yardım etməyə bilər. Cihazın kənar tətbiq mağazalarından istifadə edərək tətbiqlərin yüklənməsi imkanına sahib olub-olmadığını iOS sistemi aşağıdakı faktorlar əsasında təyin edəcək.
- Apple ID-nin ödəniş ünvanı
- İstifadəçinin yerləşdiyi yer
- iOS daxilində seçilmiş region
- Cihazın növü və mənşəyi.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
