
Apple Games tətbiqi təqdim olunub
Proqram Təminatı
10.06.2025
Emil
Apple şirkəti Apple Games adlı yeni tətbiqi təqdim edib. Bu, iPhone, iPad və Mac üçün nəzərdə tutulmuş oyun mərkəzi və oyun başlatma (launcher) platformasıdır və sosial funksiyaları da özündə birləşdirir. Apple Games tətbiqində App Store və Apple Arcade oyun bölmələri ilə yanaşı, Game Center-in sosial funksiyaları (lider cədvəlləri, çağırışlar və s.) da yer alıb. Apple qeyd edir ki, bu yeni tətbiq şirkət ekosistemindəki yarım milyarddan çox oyunçuya yönəlib və məqsədi istifadəçi aktivliyini artırmaq və bütün cihazlarda oyun təcrübəsini yaxşılaşdırmaqdır.

Apple Games tətbiqində həmçinin Play Together adlı bölmə mövcuddur. Bu bölmədə çox istifadəçili (multiplayer) və rəqabət əsaslı oyunların seçməsi təqdim olunur. iPad və Mac cihazlarında Game Center Overlay funksiyası əlçatan olacaq. Bu funksiya istifadəçilərə oyun zamanı birbaşa dostların aktivliyini, bildirişləri və ayarları izləməyə imkan verir - əsas menyuya çıxmadan. Apple Games tətbiqi iOS 26, iPadOS 26 və macOS 26 Tahoe əməliyyat sistemləri ilə birlikdə istifadəyə veriləcək. Bu sistemlərin rəsmi buraxılışı bu payız gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ProMotion ekranları yalnız iPhone 17 Pro və 17 Pro Max modelləri əldə edəcəklər
