
Apple ID-nin adının dəyişəcəyi məşhur insayder tərəfindən təsdiqlənib
Proqram Təminatı
18.03.2024
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti Apple ID-nin adını dəyişmək niyyətindədir. İndi isə Bloomberg saytının məşhur insayderi Mark Gurman bu məlumatı təsdiqləyib. Qeyd etmək lazımdır ki, Apple ID istifadəçinin Apple hesabıdır və o, şirkətin müxtəlif servislərindən istifadəni mümkün edir. Apple bu brendi 20 il bundan öncə istifadə etməyə başlayıb. İndi isə şirkət onun adını dəyişmək qərarına gəlib. Gurman-ın sözlərinə əsasən Apple ID-nin adı bu il ərzində dəyişəcək. Gözləntilərə əsasən istifadəçilərin Apple hesabları sadəcə olaraq Apple Account adlanacaqlar. Çox güman ki, bu dəyişiklik iyun ayında baş tutacağı gözlənilən WWDC 2024 konfransı çərçivəsində anons ediləcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
