
Apple-ın yeni əməliyyat sistemlərinin ictimai beta test tarixi açıqlanıb
Proqram Təminatı
17.07.2025
Emil
Nüfuzlu insayder və Mark Gurman Apple istifadəçilərinin yenilənmiş əməliyyat sistemlərinin beta test mərhələsində iştirak edə biləcəkləri tarixi açıqlayıb. Gurman-ın məlumatına görə, 23 iyul tarixindən etibarən istənilən istifadəçi aşağıdakı əməliyyat sistemlərinin ictimai beta testlərinə qoşula biləcək:
- iOS 26
- iPadOS 26
- macOS 26
- tvOS 26
- watchOS 26
- HomePod Software 26
- AirPods Firmware.

Eyni zamanda Apple-ın rəsmi saytında VisionOS 26 sisteminin test mərhələsinin planlaşdırıldığına dair heç bir qeyd yer almır. Xatırladaq ki, Apple ekosisteminin yenilənməsinin əsas xüsusiyyəti Liquid Glass adlı vizual üslub olacaq. Bu, daha çox şəffaf və işıqlı elementlər, həmçinin şüşə parıltısını və işığın sınmasını imitasiya edən animasiyalar əlavə edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
