
Apple Intelligence 2017-ci ildən hazırlanıb
Proqram Təminatı
06.12.2024
Emil
Apple şirkətinin CEO-su Tim Cook bir neçə müddət bundan öncə vermiş olduğu müsahibə çərçivəsində şirkətin süni zəka ilə bağlı baxış bucağı barəsində və onun insan sağlamlığı ilə təhlükəsizliyi üçün olan əhəmiyyətindən danışıb. Müsahibə çərçivəsində Apple CEO-su maraqlı faktları da bölüşüb. Belə faktlardan biri də odur ki, Apple şirkəti süni zəka üzərində 2017-ci ildən çalışmağa başlayıb.
Məlumata əsasən həmin vaxtda neyron şəbəkələrinin hazırlanması ilə məşğul olmuş komanda machine learning texnologiyasının şirkət məhsullarına inteqrasiyası mövzusunda öz diqqətini cəmləşdirib. Bu çalışmaların nəticələrindən biri kimi Apple Watch-un ürək döyüntüləri ritmini ölçmə və yuxu apnesini təyin etmə funksiyalarını göstərmək olar. Özündə müxtəlif süni zəka funksiyalarını birləşdirən Apple Intelligence ekosistemi də eynilə bu cür nəticələrdən biridir. Müsahibə çərçivəsində Tim Cook bildirib ki, texnologiyalar insanlara xidmət göstərməlidir və süni zəka bu istiqamətdə istifadə edilə biləcək alət ola bilər.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
