Apple Intelligence ekosisteminin süni zəka funksiyalarının iOS 18-də nə zaman istifadəyə veriləcəkləri açıqlanıb
Proqram Təminatı
29.07.2024
Emil Nəcəfov
Apple şirkətinin keçən ay baş tutmuş WWDC 2024 konfransı çərçivəsində Apple Intelligence ekosistemi təqdim olundu. Bu, özündə süni zəka funksiyalarını birləşdirən ekosistemdir. Daha öncə güman olunurdu ki, Apple Intelligence iOS 18 tərkibində sentyabr ayında istifadəyə veriləcək. Lakin Bloomberg saytının məşhur insayder Mark Gurman-ın sözlərinə əsasən süni zəka funksiyaları bir qədər gecikəcəklər. İnsayder bildirib ki, Apple şirkətinin planları ilə yaxından tanış olan şəxslərin sözlərinə əsasən şirkət Apple Intelligence ekosistemini iOS 18-ə bu əməliyyat sisteminin 18.1 nömrəli versiyasından başlayaraq inteqrasiya edəcək.
iOS 18.1-in isə oktyabr ayında istifadəyə veriləcəyi gözlənilir. Yəni Apple Intelligence ekosisteminə daxil olan süni zəka funksiyalarını iOS 18, iPadOS 18 və macOS Sequoia əməliyyat sistemlərinin işə salınması ilə gözləmək lazım deyil. Burdan da belə qənaətə gəlmək olar ki, Apple Intelligence funksiyalarını həmçinin sentyabr ayında təqdim ediləcək iPhone 16 smartfonları qutudan əldə etməyəcəklər. Məlumata əsasən süni zəka funksiyalarının gecikməsi Apple Intelligence-də olan çoxlu sayda sistem xətaları ilə bağlıdır. Buna görə də Apple tərtibatçılarının həmin funksiyaları test etmələri üçün daha çox zaman lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
iPhone 18 Pro smartfonları 2 TB daxili yaddaş həcmini əldə edə bilərlər
iPhone 18 Pro smartfonları 2 TB daxili yaddaş həcmini əldə edə bilərlər
iPhone 16 smartfon seriyasının sentyabr ayında təqdim olunacağı və artıq indidən iPhone 17 smartfon seriyası barəsində məlumatların ortaya çıxmaları fonunda iPhone 18 seriyası barəsində də məlumatlar ortaya çıxmağa başlayıb.
Bir çox iPhone istifadəçisi, Safari tətbiqində problemlə üzləşib!
Bir çox iPhone istifadəçisi, Safari tətbiqində problemlə üzləşib!
Bir çox iPhone istifadəçiləri, bu gün Safari vasitəsilə axtarış apararkən gözlənilməz xəta ilə qarşılaşıblar. Axtarış zamanı "iCloud Private Relay" xətası verən Safari, işləməz hala gəlib.
Apple, Çində cihazların sərt şəraitdə sınaqdan keçiriləcəyi labaratoriya açır!
Apple, Çində cihazların sərt şəraitdə sınaqdan keçiriləcəyi labaratoriya açır!
Apple, Çinin Shenzhen şəhərində yeni tədqiqat laboratoriyasını açmağa hazırlaşır. Yeni müəssisədə, xüsusilə iPhone, iPad və Apple Vision kimi cihazların ekstremal şəraitdə sınaqdan keçiriləcəyi bildirilir.
Apple Maps-in veb versiyası istifadəyə verilib
Apple Maps-in veb versiyası istifadəyə verilib
Apple şirkəti özünün Maps tətbiqinin veb versiyasını anons edib.
Məşhur analitik iPhone 17 Slim barəsində təfərrüatları bölüşüb
Məşhur analitik iPhone 17 Slim barəsində təfərrüatları bölüşüb
Son günlərdə ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti gələn il təqdim ediləcək iPhone 17 smartfon seriyasında iPhone 17 Plus modelini iPhone 17 Slim adlı yeni model ilə əvəz edəcək.
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!