
Apple Intelligence funksiyaları ilk 3 il ərzində pulsuz ola bilər
Proqram Təminatı
12.08.2024
Emil
Keçən həftə məlumat ortaya çıxdı ki, Apple şirkətinin özündə süni zəka funksiyalarını birləşdirən Apple Intelligence ekosistemi böyük ehtimal ilə ödənişli olacaq və ondan aylıq istifadə haqqı 20$ təşkil edə bilər. Bununla yanaşı məlumatda qeyd edilmişdi ki, Apple Intelligence-dən istifadə imkanı üstəlik Apple One abunəliyinə əlavə edilə bilər. İndi isə Bloomberg saytının məşhur insayderi Mark Gurman bütün bu mövzu barəsində yeni məlumat verib. Beləliklə insayderin sözlərinə əsasən Apple Intelligence-dən istifadə imkanı qarşılığında aylıq ödəniş tələbi ehtimalı yüksək olsa da, Apple böyük ehtimal ilə ilk növbədə əsas diqqətini süni zəka funksiyalarının hazırlanması və inkişaf etdirilməsinə ayıracaq.
Bəzi analitiklər hesab edirlər ki, şirkət Apple Intelligence-dən istifadə imkanı qarşılığında aylıq ödəniş tələbi addımını növbəti 3 il ərzində atmaya bilər. Yəni süni zəka funksiyaları müəyyən müddət ərzində pulsuz təklif edilə bilər. Lakin digər şirkətlərin bu istiqamətdə olan praktikalarını nəzərə alsaq, ehtimal var ki, süni zəka funksiyalarından müəyyən müddət ərzində istifadə imkanı yalnız yeni Apple cihazlarının alıcıları üçün mümkün olacaq. Qeyd etmək lazımdır ki, Apple Intelligence ekosistemi iOS 18 və Apple şirkətinin digər əməliyyat sistemlərinin yeni versiyaları tərkibində istifadəyə veriləcək. Bunun isə oktyabr ayında baş tutacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
