Logo
    main-post-cover

    Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir?

         Apple, mayın 7-də iPad tədbirindən dərhal sonra iPhone üçün iOS 17.5 RC versiyasını təqdim edib. Bu iOS 17.5-in son versiyası ilə eyni versiya hesab olunur. Bəs, nə kimi yeniliklər var?

         iOS 17.5 "Web Distribution" dəstəyini özündə ehtiva edir. Bu o deməkdir ki, Avropa Birliyindəki iPhone istifadəçiləri proqramları alternativ tətbiq mağazalarından başqa, birbaşa veb-saytdan da yükləyə bilərlər. Lakin hazırda bu yeni "Web Distribution" xüsusiyyəti vasitəsilə tətbiqlərini təqdim edən hər hansı bir tərtibatçı yoxdur. Bundan əlavə, ABŞ və Kanada da Apple News+ abunəliyinə qoşulmuş istifadəçilər üçün tətbiqə yeni söz oyunu əlavə edilib.
         iOS 17.5-ə AirTags kimi aksesuarlar üçün anti-izləmə funksiyalarına yönəlmiş yeni bir xüsusiyyət də daxildir. Bu yenilik, isə Apple-ın arzuolunmaz izləmə cihazları ilə mübarizə apara bilməsi üçün Google ilə işbirliklərini elan etdikdən sonra təqdim edilib.
         iOS 17.5 yeniləməsində bütün istifadəçiləri maraqlandıran yeganə diqqətəlayiq yenilik "Repair State" xüsusiyyəti olub. Apple-ın "Find My"a əlavə etdiyi bu xüsusiyyət iPhone-u servisə göndərməzdən əvvəl "Find My"ı söndürmək ehtiyacını aradan qaldırır. Apple-ın texniki işçiləri həmin şəxsin iPhone-un sahibi olub-olmadığını yoxlaya və daha sonra "Stolen Device Protection" və "Find My" xüsusiyyətlərini söndürmədən təmirə davam edə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Apple, iOS 17.5 RC versiyasını təqdim edib: Yeniliklər nələrdir? | Technote