
Apple iPhone-lardakı NFC texnologiyasını kənar ödəniş sistemləri üçün açmağa hazırdır
Proqram Təminatı
13.12.2023
Emil
Apple Pay 2015-ci ildə istifadəyə verilib və iPhone smartfonlarında NFC tenxologiyasından yalnız bu tətbiq istifadə edə bilər. Bu isə öz növbəsində kənar ödəniş sistemlərini heç qane etmir. Nəticədə banklar hətta Apple şirkətini zamanında boykot etmək də istəyirdilər. Artıq uzun illərdir ki, Avropa Birliyi Apple şirkətinin bu məhdudiyyətinin rəqabətə və bazarda yeni ödəniş sistemlərinin istifadəyə verilməsinə mane olacağından narahatdır.
Lakin yaxın zamanda Apple Pay ilə bağlı vəziyyət dəyişə bilər. Belə ki, Reuters saytının vermiş olduğu məlumata əsasən Apple öz smartfonlarındakı NFC texnologiyasını kənar ödəniş sistemləri üçün aça bilər. Məlumatda qeyd edilib ki, şirkət bu qərar ilə gələcəkdə ola biləcək cərimə və sanksiyalardan yan keçmək istəyir. Apple şirkətinin bu cür addımı atacağı halda nəzəri cəhətdən iPhone smartfonlarında Samsung Pay də işə salına bilər. Lakin bu cür ehtimal çox aşağıdır. Belə ki, Samsung Pay hətta digər Android smartfonlarda belə aktiv deyil.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
