
Apple iPhone-nun sualtı çalışma rejimini patentləşdirib
Proqram Təminatı
17.01.2024
Emil
Apple şirkəti iPhone-nun sualtı çalışma rejimini patentləşdirib. Görünür, Apple şirkətinin fikrincə bəzi istifadəçilər iPhone smartfonunu suyun altında kamera qismində istifadə etmək niyyətində ola bilərlər. Patent sənədlərinə əsasən gündəlik həyatda istifadə edilən iOS versiyası suyun altında istifadəyə yaramır. Belə ki, suyun altında iOS interfeysi üzrə naviqasiya ilə animasiyalar arasındakı keçid effektiv deyillər. Patent fotolarına əsasən suyun altında iPhone iOS-in daha sadələşdirilmiş versiyasına keçid edə bilər. Fotolardan birində sualtı kamera rejiminin sadə interfeysini görmək olar. Digər bir fotoda isə sualtı rəsm çəkmə funksiyası əks olunub. iPhone-nun sualtı çalışma rejiminin nə zaman istifadəyə veriləcəyi aydın deyil.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
